Aktyor intim səhnələrindən danışdı - “Bu, bir işdir”

aktyor-intim-sehnelerinden-danisdi
Oxunma sayı: 645

Aktyor Alican Yücesoy sevgilisi Melis Birkanla mərasimlərdən birində görüntülənib.

“Qafqazinfo” “axşam.az”a istinadən xəbər verir ki, aktyor “Aşk uykusu” filmindəki intim səhnələrdən danışıb.

O, “Filmdəki sevişmə səhnələri sizin şəxsi həyatınızda problem yaratmadı” sualına belə cavab verib:

“Bu, bir işdir. Mən bir obraza həyat verirəm. Belə səhnələr bizim şəxsi həyatımıza təsir etmir”.

Qeyd edək ki, filmdə baş rollarda A.Yücesoyla yanaşı, aktrisa Gökçe Bahadır və Hande Subaşı da çəkilib.

Filmin ilk nümayişindən sonra hər kəs G.Bahadır və A.Yücesoyun intim səhnələrindən danışıb. Sosial mediada aktrisanın cəsarətli səhnələrdəki performansı geniş müzakirə edilib. Hətta, Gökçenin sevgilisinin ondan bu səhnələr ucbatından ayrıldığı bildirilir.