Aktyor toyunda adını səhv deyib hamını güldürdü - Fotolar

aktyor-toyunda-adini-sehv-deyib-hamini-guldurdu
Oxunma sayı: 2296

Türkiyənin tanınmış aktyoru Serkan Şenalp iki illik sevgilisi Esengül Yılmazla ailə qurub.

“Qafqazinfo” xəbər verir ki, nikah ötən gün baş tutub. Cütlüyün şahidləri rejissorlar Fehmi Öztürk və Mustafa Bilgin olub.

Şenalpın nikah zamanı həyəcanlanaraq adını “Sercan” olaraq deməsi həm xanımını, həm də şahidləri güldürüb.
 
Onlar xoş günlərini instaqramda canlı yayım açaraq, hər kəsə nümayiş etdiriblər.