Aktyorun küçədə pulunu oğurladılar

aktyorun-kucede-pulunu-ogurladilar
Oxunma sayı: 1172

Məşhur aktyor Ali İlin pulu oğurlanıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, A.İl bir müddət əvvəl İstiqlal prospektində olub, ona İsmayıl. Ü və Əli. E adlı şəxslər yaxınlaşıb, söhbət etməyə başlayıblar.

Sərxoş olan aktyor özündə olmayıb, Əli.E onun 200 TL pulunu götürərək ərazidən uzaqlaşıb.

Ali İl məsələ ilə bağlı polis şöbəsinə müraciət edib.

“Hadisə anında sərxoş idim, detallı şəkildə xatılamıram. İki nəfər yanıma yaxınlaşdı, danışmağa çalışdılar. Nə dediklərini unutmuşam. Məni silkələməyə başladılar, nə olduğunu anlamadım. Pulumu necə götürdüklərini belə bilmirəm”,- aktyor şikayət ərizəsində qeyd edib.