Aktyorun obyektində köhnə ərzaq satılır

aktyorun-obyektinde-kohne-erzaq-satilir
Oxunma sayı: 2022


Mağazanın yerləşdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Uğur-2” kompleksində yaşayan Günel adlı oxucu Milli.Az-a yazır ki, dünən mağazadan aldığı pendir xarab çıxıb: “Pendiri alarkən təzə olub-olmadığını soruşdum. Çünki şübhəli gəlmişdi, lakin mağazanın işçiləri inandırdılar ki, pendir təzədir, dünən gətirilib. Pendiri alıb evə apardım, sellofanını açanda evi üfunət iyi bürüdü. Bütün pendirin üzərində göbələk əmələ gəlmişdi. Yenidən mağazaya qayıdıb köhnə mal satmağın səbəbini soruşdum. Onlar pendirin köhnə olmasını təsdiqlədilər və bunu təsadüf adlandırdılar. Halbuki, bir neçə dəqiqə əvvəl təzə mal kimi mənə sırımışdılar. Xarab mal satdıqlarına görə rəsmi qurumlara müraciət edəcəyimi deyəndə isə: “Cəriməsi 300 manatdır, ödəyərik, bizi bununla qorxuda bilməzsən”, - cavabını aldım”. 

Oxucu yazır ki, məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə rəsmi müraciət olunub, pendirin nümunəsi laboratoriyaya verilib. 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Milli.Az-a açıqlamasında bildirdi ki, vətəndaşın şikayəti ilə bağlı lazımi araşdırma aparılacaq.