Türkiyənin məşhur aktyoru Ata Demirelin başına iş gəlib.
“Qafqazinfo” anadolu agentliyinə istinadən xəbər verir ki, aktyor Çanaqqalanın Bozcaada mahalında qəza keçirərək ayağından yaralanıb.
A. Demirel təcili olaraq Çanaqqala 18 Mart Universitetinin Araşdırma və Tətbiq Xəstəxanasına gətirilib.
Aktyor təcili yardım avtomobilindən düşən zaman jurnalistlərə zarafatyana müraciət edib:
“Uşaqlar, yenə siz? Motosikletə minmək istədim, məni daşıya bilmədi, üzərimə düşdü”.
Demirelin həkimi Mehmet Aşık açıqlamasında onun səhhətinin normal olduğunu söyləyib.



Son xəbərlər
Son Xəbərlər