“Al Jazeera” cəbhə xəttindən daha bir reportaj yayımlayıb - Video

al-jazeera-cebhe-xettinden-daha-bir-reportaj-yayimlayib
Oxunma sayı: 11811

“Al Jazeera” telekanalı Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla bağlı daha bir reportaj hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, reportajda Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan Ordusunun əks-hücumları barədə məlumat verilir. Reportajda Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinə istinadla məlumatlar diqqətə çatdırılır. Azərbaycan Ordusunun döyüşlərin miqyasını genişləndirdiyi qeyd edilir.

Kanalın cəbhə bölgəsinə ezam olunmuş müxbiri toqquşmaların davam etdiyini, mülki obyektlərin də atəşə məruz qaldığını bildirir.

Reportajda Azərbaycan Prezidenti ilə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüşə də toxunulur, dövlətimizin başçısının münaqişənin yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə həll oluna biləcəyinə dair fikri diqqətə çatdırılır.