Al-Jazeera jurnalistinə Almaniyada- - Həbs

al-jazeera-jurnalistine-almaniyada-
Oxunma sayı: 812


“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, kanalın ərəb dili xidmətində çalışan Əhməd Mənsur Berlindən Qatara uçmaq istəyərkən saxlanılıb.

Misirin paytaxtı Qahirədə məhkəmə keçən il ona 15 il qiyabi həbs cəzası kəsib.

Al-Jazeera iddia edir ki, Britaniya və Misir vətəndaşlığı olan cənab Mənsura qarşı hökm absurd və saxtadır.

“Mən hələ də Berlin hava limanında saxlanılıram və istintaq məhkəməsinə aparılacağımı gözləyirəm,” 52 yaşlı Mənsur şənbə günü tvitləyib.

Al-Jazeera bildirib ki, onun bazar ertəsinə qədər həbsdə saxlanılacağı gözlənilir. Sonra cənab Mənsur Almaniyada məhkəmə qarşısına çıxacaq, kanaldan deyilir.

Polis sözçüsü bildirib ki, Misirin irəli sürdüyü həbs qərarına görə cənab Mənsur “müxtəlif cinayətlər” törətməkdə ittiham edir, lakin daha ətraflı məlumat verməyib.