Al NUTRİKA pendiri “Qızıl Şah” Milli Kulinariya Çempionatının rəsmi tərəfdaşı oldu - Fotolar

al-nutrika-pendiri-qizil-sah-milli-kulinariya-cempionatinin-resmi-terefdasi-oldu
Oxunma sayı: 2187

"Vəlioğlu 2018" MMC-nin tədarük etdiyi Al NUTRİKA pendiri mayın 18-dən başlayan 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi "Caspian Agro 2022" və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "İnterFood Azerbaijan" sərgisi çərçivəsində keçirilən "Qızıl Şah" Milli Kulinariya Çempionatının rəsmi tərəfdaşı olub.

“Qafqazinfo” xəbər verir ki, sərgidə 24 ölkədən 449 şirkətin milli və regional stendləri nümayiş etdirilib.

"Qızıl Şah" Milli Kulinariya Çempionatı nəzdində ölkənin tanınmış aşpazları yarışma zamanı "Vəlioğlu 2018" MMC-nin tədarük etdiyi Al NUTRİKA pendir stendindən özlərinə lazım olan pendir çeşidlərini götürüb bir-birindən fərqli yeməklər hazırlamaqla Al NUTRİKA brendinin müştərilərə bir daha təbii, keyfiyyətli və dadlı olduğunu çatdırıblar.

Əlavə olaraq aşpazlar üçün xüsusi qida qutularında olan məhsullardan - 4 əsas məhsuldan biri də Al NUTRİKA pendirləri olub. Müxtəlif market şəbəkə nümayəndələri, nazirlik, komitə və restoran nümayəndələri stendi ziyarət edib.

Ziyarət zamanı onlar pendirləri dadıb, bəyəndiklərini bildiriblər. Aşpazların və ziyarətçilərin bir çoxu məhsulların təbiiliyindən və keyfiyyətindən razılıq edib. Şeflərin çoxu bundan sonra öz menyularında Al NUTRİKA-dan istifadə edəcəyini bildirib.

Qeyd edək ki, Al NUTRİKA pendirləri Türkiyə istehsalıdır, tərkibində quru süd və şəkər yoxdur, pasterilizasiya olunmuş süddən isdifadə olunur.