Antalyanın Alanya qəsəbəsində meşəlik ərazidə Bakı vaxtı ilə 11:00-dan etibarən başlayan yanğın sürətlə ətrafa yayılır.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sapadərə bölgəsində başlayan yanğın güclü külək nəticəsində 12 kəndə, ümumilikdə 10 kilometrlik əraziyə yayılıb.
Yanğının söndürülməsi üçün 4 amfibik təyyarə, 8 helikopter, müxtəlif texnika və 200-dən çox yanğınsöndürən hadisə yerinə cəlb olunub.
Məlumata görə, 5 ev tamamilə yanıb, 15 evə ziyan dəyib. Təhlükəsizliyə görə bir çox sakin ərazidən təxliyyə edilib.
Hazırda yanğının söndürülməsi üçün tədbirlər davam edir.




Son xəbərlər
Son Xəbərlər