Albalıkartla “İdeal” hədiyyə

albalikartla-ideal-hediyye
Oxunma sayı: 652

“Qafqazinfo” xəbər verir ki, ALBALI kart sahibləri “İdeal” parfümeriya dükanlarından istədikləri məhsulu 35 % endirimlə ala bilərlər. “İdeal” mağazalarından ALBALI kartla alış-veriş edən hər kəs, malın dəyərini 6 aya ödəmək imkanı qazanır. Martın 1-dən 10-dək davam edən aksiya çərçivəsində isə ALABALI kart sahiblərinə “İdeal” dükanlarında əlavə 3 aylıq taksit imkanı da hədiyyə olunur. Yəni, digər müştərilərdən fərqli olaraq, ALBALI sahibləri malın dəyərini 6 aya deyil, 9 aya ödəyəcəklər.

Qeyd edək ki, Unibankın 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım müştərilərə kredit kartı hədiyyə kampaniyası da davam edir. Martın 1-dən 10-dək Unibankdan nağd kredit alan hər bir xanım müştəriyə, Master Card kredit kartı hədiyyə olunur. Bayram hədiyyəsi olan 500 AZN limitli bu kart pulsuz verilir və heç bir komisyon haqq ödənilmədən rəsmiləşdirilir. Kartdakı kredit vəsaitindən 35 gün müddətində faiz ödəmədən istifadə etmək mümkündür.
Unibank-da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5000 manatadək kredit ala bilər. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir. Unibankın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur.
Unibank nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Artıq 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana bilir.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə
günlərini də tam iş qrafikinə keçib.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az/) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı.