Bakının Sabunçu rayonunda bir neçə gün öncə törədilən qətlin üstü açılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə fevralın 14-də Albalılıq bağlar sahəsində baş verib. Orada yaşayan Həmid Məmmədrəsuloğlunun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abdulzadə və Elman Qasımov tutulub, digər şəxsin tutulması istiqamətində tədbirlər görülür.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər