Albaniya karantini pozan rusiyalı diplomatı ölkədən çıxarır

albaniya-karantini-pozan-rusiyali-diplomati-olkeden-cixarir
Oxunma sayı: 973

Albaniya koronavirusla bağlı karantin rejimini pozan rusiyalı diplomat Aleksey Krivoşeyevi “persona-non-qrata” elan edib.

“Qafqazinfo” “France Presse”ə istinadən xəbər verir ki, bu barədə Albaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Aleksey Krivoşeyev 72 saat ərzində ölkəni tərk etməlidir”, - deyə Albaniya XİN-in məlumatında deyilir.

Qeyd olunur ki, Rusiyanın bu qərarı anlayışla qarşılayacaqlarına əmindirlər. Bununla belə, diplomatın hansı qaydaları pozduğu XİN-in bəyanatında qeyd olunmayıb.