Albaniya Prezidenti Azərbaycana gəldi

albaniya-prezidenti-azerbaycana-geldi
Oxunma sayı: 3508

Albaniya Prezidenti Bayram Beqay X Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 11-də Azərbaycana işgüzar səfərə gəlib.

"Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslər qarşılayıblar.