Albaniya Rusiyadan olan turistlər üçün yay fəslində viza rejimini ləğv etmək barədə qərar qəbul edib.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, müvafiq fərmanı ölkənin Nazirlər Kabineti qəbul edib. Bu barədə Albaniyanın Rusiyadakı Səfirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Ruslar cari il mayın 15-dən noyabrın 1-ədək Balkan ölkələrinə vizasız gedə bilmək şansını əldə ediblər. Bu, 90 gündən artıq olmayan turist səfərlərinə şamil olunub. Bu fürsətdən xarici şəxsiyyət vəsiqəsi olanlar istifadə edə bilər. Eyni güzəştlər Belarus vətəndaşlarına da şamil olunub.
Son xəbərlər
Son Xəbərlər