Albaniyada güclü zəlzələ, 50-yə yaxın insan xəsarət aldı - Yenilənib

Albaniyada güclü zəlzələ, 50-yə yaxın insan xəsarət aldı
Oxunma sayı: 1666

Albaniyada 5,6 bal gücündə zəlzələ olub. “Qafqazinfo” bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 18:04 radələrində qeydə alınıb. Zəlzələnin episentri Durres şəhərindən 6 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar haqda hələ məlumat daxil olmayıb.

**

İki dəfə müşahidə edilmiş yeraltı təkanlar nəticəsində 44 nəfər xəsarət alıb. 

"Qafqazinfo"nun xarici mətbuata istinadən məlumatına görə, zəlzələ zamanı azı 10 bina zədələnib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi