“Aldadılaraq boşanmış bir qadınam” - Eks-ərindən danışdı

aldadilaraq-bosanmis-bir-qadinam
Oxunma sayı: 3379

Məşhur müğənni Yeşim Salkım “Hayat başlasın” verilişinin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, ifaçı proqramda şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.

Y. Salkım bildirib ki, boşandığı ilk vaxtlar hər kəsə hücum etmək istəyib:

“Hər boşanan qadın əziyyət çəkir. Psixoloji problemlərim yarandı, hər kəsə hücum etmək istəyirdim. Ərin evdən gedir, sən isə səssizlik içində qərq olursan. İnsan həmin duyğuları sözlə ifadə edə bilmir. 2002-ci ildə aldadılaraq boşanmış bir qadınam. Onunla ayrıldıq, amma hələ də görüşürük. Dostluq münasibətlərimiz qalıb. Onun xoşbəxt olmağını istəyirəm. Həyatda etdiyim heç bir addımımdan peşman olmamışam. Yenə də Hakanı seçərdim, eyni hadisə başıma gələrdi, bundan dərs alardım. Yenidən ailə həyatı qurmaq istədim, alınmadı. Qismət belə imiş”.