Aleks baş məşqçiliyə başladı

aleks-bas-mesqciliye-basladi
Oxunma sayı: 1523

“Fənərbaxça”nın əfsanəvi futbolçularından olmuş Aleks de Souza məşqçilik karyerasına başlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə o, özünün "Tvitter" səhifəsində yazıb. 43 yaşlı braziliyalı sabiq oyunçu ölkəsinin "San-Paulo" klubu ilə müqavilə imzalayıb. Aleks klubun U-20 komandasının baş məşqçisi təyin olunub.

Qeyd edək ki, 2004-12-ci illərdə “Fənərbaxça”da oynamış məşhur oyunçu 2015-ci ildə futbolçu karyerasını başa vurub.