Aleks yenidən Türkiyədə - Bu dəfə baş məşqçi kimi

aleks-yeniden-turkiyede
Oxunma sayı: 3275

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Antalya təmsilçisi Aleks De Souza ilə anlaşıb.

Tərəflər arasında iki illik sözləşmə imzalanıb.

Aleks daha əvvəl “San Paulu”nun U-20 komandasında və “Avai”də (Braziliya) çalışıb.

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü Türkiyədə “Fənərbaxça”dakı çıxışları ilə tanınıb. O, 2004-2012-ci illərdə İstanbul klubunun şərəfini qoruyub.