Aleksandr Çeferin yenidən UEFA prezidenti seçildi

aleksandr-ceferin-yeniden-uefa-prezidenti-secildi
Oxunma sayı: 1022

Aleksander Çeferin növbəti dəfə UEFA prezidenti seçilib. “Qafqazinfo” xəbər verir ki, seçki bu gün Portuqaliyanın paytaxtı Lissabonda baş tutub.

Qurumun 47-ci Konqresində prezidentliyə yeganə namizəd məhz 56 yaşlı sloveniyalı funksioner olub. Səsvermə nəticəsində o, növbəti dönəm üçün prezident seçilib.

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən Avropa futbol qurumunun rəhbəridi.