Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqqer Aleksandr Lapşin Azərbaycana ekstradisiya olunması ilə bağlı qərara görə Belarus Ali Məhkəməsinə müraciət edib.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Yuliya Lyaskova bildirib.
Onun sözlərinə görə, müraciət əsasında məhkəmədə qapalı iclas keçirilib və Minsk şəhər məhkəməsinin Aleksandr Lapşinin Azərbaycana göndərilməsi ilə bağlı qərarı qanuni hesab olunub.
Qeyd edək ki Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib.
O, Belarusda saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər