Aleksandr Solovyov saxlanıldı - Moskvaya aparıldı

aleksandr-solovyov-saxlanildi
Oxunma sayı: 845

Rusiya Federasiyasının tərkibində olan Udmurtiya respublikasının lideri Aleksandr Solovyov saxlanılıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki,  Solovloy bu səhər Moskvaya etap edilib. Onun hansı səbəbdən saxlanıldığı isə hələlik açıqlanmır. Məsələ ilə bağlı Aleksandr Solovyovun mətbuat katibi Yelena Kapitonenko açıqlama yayıb. 

Onun sözlərinə görə, administrasiyada heç bir axtarış aparılmasa da, Aleksandr Solovyov yerində yoxdur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin məsələ ilə bağlı məlumatlandırılıb. 

***

İstintaq Komitəsi Udmurtiyanın prezidenti Aleksandr Solovyovun saxlanılma səbəbini açıqlayıb. Bildirilir ki, o, 140 mln. rubl (2.5 mln dollar) rüşvət almaqda şübhəli bilinir. O da qeyd edilir ki, artıq Solovyov barəsində iki epizod üzrə iş başlanıb. 

Aysel Kərimova