Aleksey Navalnının xanımı sərbəst buraxıldı - Yenilənib

aleksey-navalninin-xanimi-serbest-buraxildi
Oxunma sayı: 3994

Xəbər verdiyimiz kimi, rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq Moskvada və bir sıra şəhərlərdə aksiyalar keçirilir. Aksiyalar zamanı onlarla şəxs saxlanılıb, polislə qarşıdurma yaşanıb. 

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, mitinqə qoşulan Navalnının həyat yoldaşı Yuliya Navalnaya da saxlanılıb. Bu barədə o, İnstaqram hesabında paylaşım edib.

“Aşağı keyfiyyətə görə bağışlayın. “Avtozak”da çox pis işıq var”, - deyə siyasətçinin xanımı yazıb.

***

Müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya "Sokol" polis bölməsindən sərbəst buraxılıb. O, bölməni vəkilinin müşayiəti ilə tərk edib.