Aleksey Qay “Qəbələ”dən ayrıldı - “Dəyişiklik vaxtıdır”

aleksey-qay-qebeleden-ayrildi
Oxunma sayı: 1394

Qəbələ”dən ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib. “Qafqazinfo” xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Aleksey Qay əyalət klubunu tərk edib. 

Bu barədə futbolçu özü saytımıza məlumat verib. O bildirib ki, dəyişiklik zamanıdır və karyerasını başqa komandada davam etdirəcək: “Artıq dəyişiklik zamanıdır. “Qəbələ”dən özüm ayrılmaq istədim. Ona görə də hazırda vətənimdəyəm. Karyeramı başqa komandada davam etdirəcəm”.

Qay Azərbaycandakı karyerasını uğurlu adlandırıb: “Azərbaycanda karyeram uğurlu alındı. “Qəbələ” ilə Avropa Liqasının qrup mərhələsində oynadıq. Çempionatda bürünc medal qazandıq. Hər şey məni qane edirdi”.