Aleksis Sançes “İnter”də

aleksis-sances-interde
Oxunma sayı: 1536

“Mançester Yunayted”in vingeri Aleksis Sançes karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

“Qafqazinfo” “Sky Italia”ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın çilili ulduzu “İnter”ə keçib. Milan klubu 30 yaşlı futbolçunu icarəyə götürüb.
 
2022-ci ilin yayına qədər “Mançester Yunayted”lə müqaviləsi olan Sançes ötən mövsüm 27 oyuna 2 qol vurub, 4 assist edib.