Aleksis Sançes rəsmən “İnter”də

aleksis-sances-resmen-interde
Oxunma sayı: 1353

“İnter” “Mançester Yunayted”dən Aleksis Sançesi transfer etdiyini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, Milan klubu çilili futbolçuyla 2023-cü ilin iyulunadək nəzərdə tutulan müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “İnter” Sançes üçün “qırmızı şeytanlar”a təzminat məbləği ödəməyib.

Sançes son mövsümü icarə əsasında “İnter”də keçirib. 31 yaşlı hücumçu geridə qalan mövsümdə Milan klubunun heyətində 30 oyuna 4 qol və 9 asistlə yadda qalıb.