“Alev” yalan danışıb?

alev-yalan-danisib
Oxunma sayı: 3674

Artıq 3-cü mövsümə başlayacaq Türkiyənin məşhur “Kızılcık şerbeti” serialında “Alev” rolunu canlandıran aktrisa Müjde Uzmanın layihədən ayrılmasının səbəbi məlum olub.

“Qafqazinfo”nun xəbərinə görə, serialın prodüseri Faruk Turgut aktrisanın hamını aldatdığını iddia edib.

“Müjde ilə çox ciddi problem yaşadıq. İkinci sezonun sonunda yollarımızı ayırdıq. O, “tükənmişlik sindromu” yaşadığını və daha çəkiliş meydançasına gəlmək istəmədiyini söyləyərək video çəkdi. Amma sonradan anladıq ki, heç də belə deyil. İndi o, başqa seriala çəkilmək üçün razılaşıb”, - deyə prodüser söyləyib.

Qeyd edək ki, yeni mövsümdə M.Uzmanın həyat verdiyi “Alev” vəfat edəcək. Aktrisa hazırda “13 Urgan” serialında “Nurten”i canlandırır.

Xatırladaq ki, bir müddət öncə Müjde Uzman sosial media hesabında paylaşım edərək “tükənmişlik sindromu” yaşadığını, depressiyada olduğunu bildirmişdi.