Aleyna Yeni il gecəsi Bakıya gələcək

aleyna-yeni-il-gecesi-bakiya-gelecek
Oxunma sayı: 2053

Türkiyənin məşhur müğənnisi Aleyna Tilki Azərbaycana gəlir. “Qafqazinfo” xəbər verir ki, pop ulduz Yeni il gecəsi pərəstişkarları ilə bir araya gələcək.

O, Bakıdakı məşhur restoranların birində çıxış edəcək. Musiqili gecədə Aleyna ilə yanaşı Xalq artisti Miri Yusif, Əməkdar artist Ədalət Şükürov, müğənni Günay İbrahimli və başqa sənətçilər də çıxış edəcəklər.

Qeyd edək ki, A. Tilki 2017-ci ilin Yeni il günü və 2019-un mart ayında Bakıda səhnəyə çıxıb.