Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşların siyahısı hazırlanıb, onlara vaxtaşırı olaraq ərzaq yardımı verilir və digər köməklik göstərilir.
“Qafqazinfo” xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri 5 Zobucuq qəsəbəsində olub, həmin yaşayış məntəqələrində yaşayan yaşı 65-dən yuxarı olan şəxslərə, o cümlədən imtiyazlı və aztəminatlı ailələrə baş çəkərək onlara ərzaq bağlamaları və tibbi ləvazimatlar çatdırıblar.
Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə qəsəbələrdə xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının monitorinqini də aparıb, insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün milli həmrəylik nümayiş etdirərək evdə qalmalarını tövsiyə edib.
Koronovirus epidemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşlarından, yerli könüllülərdən və ictimaiyyət fəallarından təşkil olunan mobil qrupların fəaliyyəti daha da gücləndirilib.
Rayonun bütün yaşayış məntəqələrində koronovirus infeksiyasına qarşı mütəmadi dizenfeksiya işləri aparılır, virusdan müdafiə olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar ailələrə çatdırılır, xüsusi səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqca çölə çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri və evda qalmaları izah edilir.
Son xəbərlər
Son Xəbərlər