Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbələri bayram günlərində Qayıdış qəsəbələrində olub, vətəndaşlarla görüşüblər.
“Qafqazinfo” xəbər verir ki, Alı Alıyev,vətəndaşları Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, onların problem və qayğıları ilə maraqlanıb.
Alı Alıyev, həmçinin Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Qeyd edib ki, mütamadi olaraq ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.



Son xəbərlər
Son Xəbərlər