Alı Alıyev səyyar qəbul-görüş keçirib

ali-aliyev-seyyar-qebul-gorus-kecirib
Oxunma sayı: 708


"Qafqazinfo"ya daxil olan məlumata görə, Alı Alıyevin növbəti səyyar qəbul-görüşü aprelin 3-də düşmənlə təmas xəttinin bir neçə yüz metrliyində yerləşən Qazaxlar və Mirzənağılı kəndlərində aprel ayının 4-də isə Əhmədalılar kəndində keçirilib.

Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Alı Alıyev deyib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir. 

İcra başçısı bildirib ki, cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşən Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərinin fasiləsiz işıq, su, qaz və yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər.

Qazaxlar və Mirzənağılı kəndlərində məktəb fəaliyyət göstərir, 2015-ci ildə uşaq bağçasının tikintisinə başlanacaq, Əhmədalılar kəndində isə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.

Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar Xidməti, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.