Alı Alıyev Zəhranın məzarını ziyarət etdi - Foto

ali-aliyev-zehranin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 4208

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra və nənəsinin məzarını ziyarət edib

“Qafqazinfo” xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndininin mülki əhalisini atəşə tutması nəticəsində qətlə yetirilən Sahibə Quliyevanın və onun azyaşlı nəvəsi Zəhra Quliyevanın üçüncü ildönümü ilə əlaqədar Füzuli

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə iyulun 4-də azyaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Quliyevanın məzarlarını ziyarət ediblər. 
Azyaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva məzarları ətrafında yad edilib, dualar oxunub.