Alı Alıyev Zobucuq qəsəbəsində görüş keçirib - Foto

Alı Alıyev Zobucuq qəsəbəsində görüş keçirib
Oxunma sayı: 554

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti səyyar qəbul-görüşü 4 saylı Zobucuq qəsəbəsində keçirib. 

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. Alı Alıyev deyib ki, qəsəbədə hal-hazırda 1645 nəfər yaşayır. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. 

Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 1645 nəfərə hər ay 98700 manat vahid aylıq müavinət ödənilir, 30 ailəyə ünvanlı sosial yardım təyin edilib, 2 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. 4 saylı Zobucuq qəsəbəsində 15 şəhid ailəsi, 8 Qarabağ müharibəsi əlili vardır. Qəsəbə sakinlərindən 398 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Qəsəbə sakinlərindən 260 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. 

Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. 
 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi