Alı Alıyevin növbəti görüşü Alıxanlıda keçirilib - Foto

ali-aliyevin-novbeti-gorusu-alixanlida-kecirilib
Oxunma sayı: 678

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Alıxanlı kəndində keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev Prezident İlham Əliyevin islahatlarından danışıb: “Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına çıxıb. Cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. İlham Əliyevin dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirməsi və şəffaflığın artırması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırması həyatımıza şəffaflıq gətirdi”.

Qeyd edilib ki, Alıxanlı kəndinin ümumi əhalisi 4000 nəfərdir, hal-hazırda 1500 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edir. 

Kənd sakinlərindən məcburi köçkün statusu olan 3000 nəfərə hər ay 180000 manat vahid aylıq müavinət ödənilir, 8 ailəyə ünvanlı sosial yardım təyin edilib, 12 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Alıxanlı kəndində 21 şəhid ailəsi var. Kənd sakinlərindən 430 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. 

Kənd sakinlərindən 198 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.