Ali dini lider seks videosuna görə istefa verdi

ali-dini-lider-seks-videosuna-gore-istefa-verdi
Oxunma sayı: 8054


Qırğızıstanın ali dini lideri olan baş müfti Rahmatullah Hacı Egemberdiyev seks videosu internetdə yayıldıqdan sonra dünən istefa verib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə qalmaqal yaradan video görüntü yanvarda bəzi yerli saytlarda yayılıb. Videoda gənc qadınla görüntülənən baş müfti faktı təsdiqləyib. Lakin Egemberdiyev videodakı qadının onun ikinci həyat yoldaşı olduğunu bildirib. 

Ötən ilin yanvarında baş müfti seçilən Egemberdiyev həmin qadınla dörd ildir ki, nikahda olduğunu, videonun yayılmasında əsas məqsədin isə onun yenidən seçilməsini əngəlləmək olduğunu deyib: “Bu, mənə qarşı təşkil edilən plandır. Qürurumla oynadılar. Dövlət başçısı Almazbek Atambayev müdaxilə etməlidir”. 

Qeyd edək ki, baş müfti iki qadınla nikahda olduğunu etiraf etməklə, əslində çoxarvadlılığı qadağan edən Qırğızıstan qanunlarını pozmuş olub.