Ali Koç “Fənərbağça”nın yeni prezidenti oldu

ali-koc-fenerbagcanin-yeni-prezidenti-oldu
Oxunma sayı: 2802

Türkiyənin "Fənərbağça" klubunun yeni prezidenti Ali Koç olub.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, keçirilən səsvermədə 16 min 92 səs toplayan Koç 4 min 644 səs toplayan Əziz Yıldırımı postundan göndərib. 21 min 350 nəfər üzv səsvermədə iştirak edib.

Səsvermədən qısa müddət sonra Əziz Yıldırım nəticələri gözləmədən stadionu tərk edib.