Ali Koçun oğlunun başına iş gəldi

ali-kocun-oglunun-basina-is-geldi
Oxunma sayı: 3705

Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Ali Koçun oğlu Kerim Rehmi Qoçun başına iş gəlib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, semestr tətili üçün getdiyi ölkədə xizək sürərkən yıxılaraq xəsarət alıb.

Kerim şəxsi təyyarə ilə İstanbula gətirilərək ailəsinə məxsus xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, xəstəxanada aparılacaq müayinələrdən sonra onun əməliyyat olub-olmayacağına qərar veriləcək.