Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş seçkilərlə bağlı iclas keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, seçkilərin nəticələrinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin konstitusiya icraatı qaydasındakı iclas bu gün saat 16:00-da baş tutacaq.
***
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilərə dair sentyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin konstitusiya icraatı qaydasında iclası keçirilib.
Seçkinin nəticəsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı ilə bütövlükdə təsdiq edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı elan olunub.