Ali Məhkəmə Cahangir Hacıyevə “yox” dedi

ali-mehkeme-cahangir-haciyeve-yox-dedi
Oxunma sayı: 1530

Bu gün Ali Məhkəmədə Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin kassasiya şikayətinə baxılıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Bakı Apellyasiya Məhkəməsinin prosesin istintaqsız keçirilməsi barədə qərarından verilən şikayət təmin edilməyib.

Qeyd edək ki, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apelyasiya şikayəti verilib.

Murad Əhməd