Ali Məhkəmə “OMON”çularla bağlı qərar verdi

ali-mehkeme-omoncularla-bagli-qerar-verdi
Oxunma sayı: 2543

Bu gün Ali Məhkəmədə ölüm cəzaları ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunan keçmiş OMON-çular Elçin Əmiraslanovun, Səfa Poladovun və Arif Kazımovun işləri üzrə verilən kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Qeyd edək ki, kassasiya şikayətində onların barəsində tətbiq edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının 2000-ci ilə qədər qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması xahiş edilib.

Murad Əhməd