Ali məhkəmədə ilk qadın namizəd- - Əfqanıstanda

ali-mehkemede-ilk-qadin-namized-
Oxunma sayı: 934


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Rassouli Əfqanıstan tarixində Ali məhkəmə üçün namizəd göstərilən ilk qadın olub. Lakin Enise vəzifə başına keçə bilməsi üçün Əfqanıstan parlamentində səs toplamalıdır.

1986 – cı ildə Kabil Universitetinin hüquq və siyasi elmlər fakültəsindən məzun olan Rassouli 9 üzvlü Ali Məhkəmənin siyasətdən uzaq olmasının tərəfdarıdır.

Əfqanıstanın din adamları isə onun namizədliyinə qarşı çıxırlar. Verilən açıqlamada İslam və şəriətin qadınların hakim olmasına müsbət yanaşmadığı bildirilir. 

Qeyd edək ki, prezident Gani hakimiyyətə gəldikdən sonra bir çox vəzifəyə qadınları təyin edib.