Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

ali-mehkemenin-hakimi-teqaude-gonderildi
Oxunma sayı: 7139

Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Ələsgər Əliyev təqaüdə göndərilib.

Bu barədə “Qafqazinfo”ya Ali Məhkəmənin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hakim Ə.Əliyevin yola salınması münasibətilə tədbir keçirilib. 

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında qeyd edib ki, Ələsgər Əliyev 2000-ci ildən məhkəmə sistemində hakim kimi fəaliyyət göstərib, 2008-ci ildən isə Ali Məhkəmənin hakimi təyin olunub. O, ölkəmizdə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə töhfə verib.

Sonda Ələsgər Əliyevə Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.

Həmçinin oxuyun: Yelo Bank открыл свой следующий цифровой филиал в Товузе!