Ali Məktəbdə Xocalı anıldı

ali-mektebde-xocali-anildi
Oxunma sayı: 944


“Qafqazinfo” xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan xalqının qan yaddaşında  silinməz izlər buraxan  Xocalı  soyqırımı  XX-əsrin  insanlığa qarşı  törədilmiş ən qəddar və ən dəhşətli cinayətidir. O vurğulayıb ki, Xocalı soyqırımı ermənilər  tərəfindən  Azərbaycan xalqının başına gətirilən tək müsibət deyil. 

Tədbirdə iştirak edənMilli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz çıxışında  bildirdi ki, Azərbaycan dövləti vəxarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusları vədiaspor təşkilatları tərəfindən Xocalı soyqırımının tanıdılması ilə bağlı dəfələrlə və bu gündə  beynəlxalq təşkilatlara müraciət edilib. Bu səylər nəticəsində artıq  bir çox dünya dövlətlərinin parlamentləri  Xocalı  faciəsini Soyqırım kimi  tanımasına və pisləməsinə nail olduğlarını deyən millət vəkili, vurğulayıb ki, Xocalı soyqırımına dünya ictimaiyyəti  tərəfindən hüquqi qiymətin verilməsi ölkəmiz üçün tale yüklü məsələdir.

Tədbirin sonunda Bakı Ali Neft Məktəbinin tələbələri  tərəfindən ingilis dilində  hazırlanan “Xocalı Soyqırımı”na həsr olunmuş videoçarx nümayiş olunub.