Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından danışıb. Neft-qaz və kimya sənayesinin ölkə iqtisadiyyatının inkişafında əsas rol oynadığını vurğulayan Elmar Qasımov bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-nin fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu bildirib.
Baker Hughes şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri Roy Vaudvayk təmsil etdiyi beynəlxalq şirkət haqqında ətraflı məlumat verib. O, Şimali Amerika, Latın Amerikası, Avropa, Asiya, Afrika, Yaxın Şərq, Rusiya, Xəzər, və Sakit okean hövzəsi regionlarında 80-dən artıq ölkədə fəaliyyət göstərən Baker Hughes şirkətinin 61.000-dən artıq işçisi olduğunu qeyd edib. Şirkətin beynəlxalq neft və təbii qaz istehsalı sektorunda müxtəlif xidmətlər, məhsullar, texnologiyalar və sistemlər təklif etdiyini dedi. Həmçinin Baker Hughes şirkətinin qazma, quyuların texniki parametrlərinin qiymətləndirilməsi, quyuların tamamlanması, sualtı qurğuların, neft və qazın emalı texnologiyaları, kənd təsərrüfatında istifadə olunan kimyəvi məhsulların istehsalı üzrə ixtisaslaşdığını qeyd edən R. Vaudvayk təmsil etdiyi şirkət ilə BANM-in arasında əldə olunan əməkdaşlığın gələcəkdə bu istiqamətlər üzrə BANM-dəki neft-qaz və kimya mühəndislərinin hazırlığında öz müsbət təsirini tapacağını bildirib.
Qeyd edək ki, müqavilədə BANM-də yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Son xəbərlər
Son Xəbərlər