Ali Neft Məktəbi Hyuston Universiteti ilə əməkdaşlıq edəcək

ali-neft-mektebi-hyuston-universiteti-ile-emekdasliq-edecek
Oxunma sayı: 699



Ali Məktəbdən “Qafqazinfo”ya daxil olan xəbədə bildirilir ki, səfər zamanı hər iki təhsil ocağı arasında mütəxəssis hazırlığında əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov, Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayeva, Hyuston Universitetindən Qlobal Strategiya və Araşdırmalar üzrə prorektor, fəlsəfə doktoru Ceym Ortiz, Enerji məsələləri üzrə baş mütəxəssis, doktor Ramanan Krişnamurti, Mühəndislik fakültəsinin dekanı, doktor Jo Tedesko, dekanın müavini, doktor Sureş Xator, Neft-qaz mühəndisliyi proqramının rəhbəri, doktor Tomas Holli iştirak ediblər. 
Görüş çərçivəsində tərəflərin birgə əməkdaşlıq proqramları vasitəsi ilə Amerika Birləşmiş Ştatları və Azərbaycan, Hyuston və Bakı və hər iki ali təhsil müəssisəsi arasındakı əlaqələrin inkişafına töhfələr verilməsi, professor-müəllim heyəti və tələbələr arasında tədris, elmi-tədqiqat və peşəkar inkişaf sahələrində akademik proqramların həyata keçirilməsi, təhsil, elmi-tədqiqat,  professor-müəllim heyəti və tələbə mübadiləsi istiqamətlərində beynəlxalq təcrübənin zəngiləşdirilməsi məsələləri müzakirə olunmuş, müəyyən ixtisaslar üzrə birgə mütəxəssis hazırlığının konkret istiqamətlərinin müəyyənləşdirilməsi haqqında qərar qəbul edilib.

Müzakirələrin nəticəsində Bakı Ali Neft Məktəbi ilə Hyuston Universiteti arasında gələcək birgə əməkdaşlığın inkişafı üçün əsas rolunu oynayacaq Anlaşma Memorandumu imzalanıb. Nümayəndə heyətinin Texas Məzunlar Mərkəzinin və Texas Vadisi İcmaları Fondunun prezidenti cənab Roland Arriola və bu qurumların icraçı direktoru xanım  Mari Alis Reyeslə görüşüdə keçirilib.

Nümayəndə heyəti Hyuston şəhərinin universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb. Bakı Ali Neft Məktəbinin rektoru  Elmar Qasımov tələbələrlə görüşdən  məmnunluq hissləri keçirdiyini bildirib. Elmar Qasımov gənclərə Hyuston Azərbaycan Mərkəzinin həyata keçirdiyi müxtəlif tədbirlərdə fəal iştirak etməyi və Mərkəzin fəaliyyətinə hər cür dəstək verməyi tövsiyə edib.