“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri açan Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova abituriyentləri salamlayıb və Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. O, abituriyentlərə BANM-in fəaliyyəti haqqında qısa məlumat verib. BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı təqdimatla çıxış edərək, Bakı Ali Neft Məktəbinin 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxladığını bildirib. Belə ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin sıyahısında Bakı Ali Neft Məktəbinin qəbulda 668.017 orta balla birinci yerdə olduğunu deyib. Sonra abituriyentlərin çoxsaylı sualları cavablandırılıb. Sonda abituriyentlər BANM-in laboratoriyaları, yeni kampusun maketi və auditoriyaları ilə tanış olublar.
Son xəbərlər
Son Xəbərlər