Ali Neft Məktəbində qələbənin 70 illiyi münasibətilə tədbir

ali-neft-mektebinde-qelebenin-70-illiyi-munasibetile-tedbir-
Oxunma sayı: 909


Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə,  Milli Məclisin sədr müavini Valeh Ələsgərovun, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovun, “Azərişıq” ASC-nin sədri Baba Rzayevin, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin və digər rəsmi şəxslərin iştirak etdiyi mərasimi giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçıları salamlayıb, onları Qələbə günü münasibəti ilə təbrik edib.   

Daha sonra Rövnəq Abdullayev çıxış edib və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə maddi yardımın verilməsi haqqında” əmri oxunub. Əmrə əsasən, veteran neftçilərin  maddi rifah halının yaxşılaşdırılması  məqsədilə onlara maddi yardım ayrılıb.

Tədbirin rəsmi hissəsinin ardınca Böyük Vətən Müharibəsi veteranı, görkəmli neftçi-alim Əbdülağa Cavadovun anadan olmasının 95 illiyinə həsr olunmuş film nümayiş etdirilib.