"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov onu Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. 2014-cü ilin iyul ayının 8-də BANM və «Emerson Process Management» şirkəti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını xatırladan rektor sözügedən şirkətin Avropa üzrə Prezidenti cənab Royland Van Dorenin Ali Məktəbə səfər etməsinin ikitərəfli əməkdaşlığın həyata keçirilməsində növbəti praktik addım olduğunu deyib.
BANM-də olmasından razılıq ifadə edən Royland Van Doren dəvətə görə BANM-in rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşdən sonra Royland Van Doren BANM-in tələbələri üçün “Liderlik – Təşkilati uğurlara aparan yol”, “Effektiv liderliyin əsasları”, “Çoxsahəli liderlik” mövzularında mühazirə ilə çıxış edib.
Sonra o, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Sonda Royland Van Doren BANM-in “Fəxri qonaq” diplomu ilə təltif olunub.
Son xəbərlər
Son Xəbərlər