“Qafqazinfo” xəbər verir ki, konfransda Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə Həmkarlar İttifaqı təşkilatının yaranmasının əhəmiyyətindən və zərurətindən danışıb. O , bütün fəaliyyət sahələri üzrə həmkarlar ittifaqlarının yaradılmasının vacibliyini qeyd edərək, bildirib ki, qədim neft diyarı olan Azərbaycanda ilk həmkarlar təşkilatının yaranması da məhz neft sənayesi ilə bağlı olub. O, BANM-inprofessor-müəllim heyətini və tələbələri Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə hərtərəfli dəstəkverməyə çağırıb və bu əlamətdar hadisə münasibəti ilə onları təbrik edib.
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış edərək, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və istiqamətləri barədə məlumat verib.
Sonda BANM-in yeni yaradılan Həmkarlar İttifaqı təşkilatının təsis konfransının nümayəndələri səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin üzvlərini seçiblər. Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
Son xəbərlər
Son Xəbərlər