Ukrayna Ali Radası Baş Nazir Vladimir Qroysmanı istefaya göndərməkdən imtina edib.
“Qafqazinfo”nun “RBK-Ukraina”ya istinadən verdiyi xəbərə görə, onun vəzifəsindən azad edilməsinə dair bəyanatını minimum 226 millət vəkilindən ümumilikdə 97 deputat dəstəkləyib.
Qroysmanın gedişi avtomatik olaraq hökumətin dağılması deməkdir. Radanın qərarından sonra Nazirlər Kabineti erkən parlament seçkilərinə qədər hazırkı tərkibdə çalışmasını davam etdirəcək.
Son xəbərlər
Son Xəbərlər