Türkiyə və Azərbaycanın tanınmış aktyorları yenidən bir araya gəlir. “Qafqazinfo” xəbər verir ki, onlar Ali Yorgancıoğlunun rejissorluq etdiyi “Hareket Sekiz” filmində rol alacaqlar.
Artıq ekran işinin Türkiyədə çəkilişləri baş tutub. Layihənin baş qəhrəmanları Ali Sunal və Onur Atilla, aktyor Gürgan Öz iyulda Azərbaycana gələrək kamera qarşısına keçəcəklər.
Oktyabrın 4-də premyerası nəzərdə tutulan film səkkiz ölkədə eyni anda təqdim olunacaq. Filmdə Azərbaycan tərəfindən Pərvin Abıyeva, İslam Mehrəliyev və “Çukur”da “Lal Fındık” obrazı ilə məşhurlaşan Ramin Nəzir iştirak edəcək.


Son xəbərlər
Son Xəbərlər